Hicran Əhmədli
ÇİÇƏKLİ DAĞLAR.
Nə qədər gözəldir, dağların qarı,
Baxdıqca ürəkdə sözlər oxşayır.
Bəlkə də gözləyir, çiçəklər yarı,
Al-əlvan gözəllik gözlər oxşayır.
Çiçəyə bürünüb, zirvəli dağlar,
Sinəmdə bulaq tək sözlərim çağlar.
Sanki qonaq olub, dağlara bağlar,
Al-əlvan gözəllik gözlər oxşayır.
Təbiət yaraşıq veribdir sizə,
Bir nişan verin siz, mən düşüm izə,
Kaş mehman olasız, a dağlar bizə,
Al-əlvan gözəllik gözlər oxşayır.
Bənzəri var sanki bizim dağlara,
Bəhrəsi bol olan yaşıl bağlara,
Hicranı tək istək, sizə bağlar a,
Al-əlvan gözəllik gözlər oxşayır.
MƏN TÜRKƏM
Tarixdə şanlı ad qoyub,
Düşmənin gözünü oyub,
Tökülən hər qandan doyub,
Mən türkəm, türkün qızıyam.
Yolunda çuxur tapılıb,
Alnında mərdlik yazılıb,
Adında ərlik qazılıb,
Mən türkəm, türkün qızıyam.
Türk ərdi, qolu bükülməz,
Türk dərddi, sözü kiçilməz,
Canından qüvvət üzülməz,
Mən türkəm, türkün qızıyam.
Qüdrəti dağları aşıb,
Önündə düşməni çaşıb,
Zəfəri ucalıb-daşıb,
Mən türkəm, türkün qızıyam.
Türk ellər birlik yanadı,
Turandır vuran qanadı,
Dönməzlik onun inadı,
Mən türkəm, türkün qızıyam.
