Sizin reklam burada
Sizin reklam burada
  • YAZIÇI İLƏ GÖRÜŞ

    Aprelin 24-də Yayım Assosiasiyasının təşkilatçılığı ilə yazıçı Elbrus Kəlbiyevlə oxucuların görüşü keçirildi. Bakı şəhəri 241 saylı məktəbin yuxarı sinif şagirdləri, Nizami rayonunun oxucuları və rayonun kiabxana əməkdaşlarının iştirakı ilə keçirilən görüş maraqlı və yaddaqalan oldu.

    Dövlət himni və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonya Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov çıxş edərək rəhbərlik etdiyi təşkilat, onun məqsədi və kitab-oxu vərdişlərinin artırılması istiqamətində gördükləri işlər haqda məlumat verdi. O yazıçı Elbrus Kəlbiyevi iştirakçılara təqdim edərək, yazıçının əsərlərinin tərbiyəvi əhəmiyyəti barədə danışdı.

    Sonra yazıçı Elbrus Kəlbiyev özü haqda iştirakçılara məlumat verdi. Əsərləri və gələcəkdə çapa hazırladığı kitabı barədə danışdı. Görüş oxucuların müəllifə ünvanladığı maraqlı suallarla davam etdi.

    Sonda görüşdə daha çox fərqlənən beş iştirakçıya və kitabxana fonduna müəllifin imzasıyla kitablar hədiyyə edildi.
    Görüş oxucuların müəlliflə xatirə şəkilləri çəkməsi, səmimi dialoq və tövsiyyələrin verilməsi ilə başa çatdı.

    Rauf İlyasoğlu






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ