İnstitutdan bildirilib ki, monoqrafiyada Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, nəzəriyyəçi-alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda tədqiq edilir. Monoqrafiyada Salidə Şərifovanın elmi yaradıcılıq potensialı elmmetrik infoqrafikada təqdim edilir. Alimin elmmetrik portreti “Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda”, “Elmmetrik və bibliometrik axtarış: mərhələlər və mənbələr”, “Elmi yaradıcılıq potensialının performansı və transformasiyası”, “Salidə Şərifovanın elmi tədqiqatlarının mövzu diapazonu”, “Elmmetrik bazalar üzrə tədqiqat nəticələrinin infoqrafikası”, “Salidə Şərifovanın əsərlərinin dərc olunduğu jurnallar”, “Qlobal informasiya mühitində təmsil və təbliğ olunma”, “Elmi tipologiya və intellektual model dünya ədəbiyyatşünaslığı + süni intellekt müstəvisində”, “Sosial platformalar”, “Kitabxana-informasiya mühiti” adlı fəsillərdə canlandırılır.
X fəsildən ibarət monoqrafiyanın “Zamanla yarış, yaxud ilk elmmetrik araşdırma modeli” adlı “Ön söz”ünün müəllifi Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimovadır. Monoqrafiyanın elmi redaktoru professor Tahirə Məmməd, rəyçiləri filologiya elmləri doktoru Mehman Həsənli və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovdur.
