Sizin reklam burada
Sizin reklam burada
  • İlqar Əlyəsəoğlu (Həkim) - Novruz bayramınız mübarək !


    İlqar Əlyəsəoğlu (Həkim)
    Novruz bayramınız mübarək !

    Sevinc yağsın hər arzudan, diləkdən
    Şirin dildən , saf könüldən, ürəkdən,
    Üç kəlmə söz qanad alsın küləkdən
    Nəğmə olsun, şeir olsun a dostlar !
    Hər gününüz xeyir olsun a dostlar !

    Bayram olsun çərşənbə də, cümə də
    Bəzədilsin o daxma da, kümə də,
    Fürsət düşsün telli saza yenə də
    Dərd gözünü oyur olsun a dostlar!
    Hər niyyətlər xeyir olsun a dostlar !

    Hava, torpaq, oddu, sudu çərşənbə
    Qış dərdini sərdi , yudu çərşənbə,
    Aş dəmlənir- Dədə , budur çərşənbə!
    Bəy xonçası seyir olsun a dostlar!
    Niyyətiniz xeyir olsun a dostlar !

    Novruz gəlir bahar yazı çağırır
    Qonaqları anam özü çağırır,
    Uşaqlar da papaq atır, çığırır
    Kosa- keçəl yeyir- olsun a dostlar
    Hər niyyətlər xeyir olsun a dostlar !

    Qar əriyir, sellər axır , lillənir
    Dağda çəmən , düzdə çiçək güllənir.
    İçimdə bir sısqa bulaq dillənir
    Arzu- murad deyir olsun a dostlar !
    Hər niyyətlər xeyir olsun a dostlar !

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ