Sizin reklam burada
Sizin reklam burada
  • Şair-publisist Şərafəddin İlkinin yaradıcılıq gecəsi keçirildi

    Bu gün 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində təşkil olunan dostum-qardaşım, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Şərafəddin İlkinin "Qələm sevgidən yazır" kitabının təqdimat mərasimi, eləcə də yaradıcılıq gecəsi, ədəbi-bədii tədbir keçirildi.

    "Atributinfo.az" xəbər verir ki, təntənəli şəkildə keçirilən tədbirdə məktəb-pedaqoji kollekti, və şagirdlərlə yanaşı, nüfuzlu ziyalılar, qələm-söz adamları, şairlər və tanınmış sənətçilər iştirak edirdi.

    Əvvəlcə Şərafəddin İlkinin həyat və yaradıcılığına həsr olunan video-çarx nümayiş etdirildi, ardınca isə sözugedən məktəbin direktoru açılış nitqi ilə çixıs etdi... Tədbir boyunca məktəb şagirdləri tərəfindən şairin şeirləri səsləndilirldi, sənətçi dostları tərəfindən sözlərinə yazılmış mahnılar ifa olundu. Bir sözlə, yeknəsəklikdən uzaq, səmimi, pozitiv əhval-ruhiyyəyə köklənmiş bir gün yaşandı.

    Dəyərli şair dostum Şərafəddin İlkini bir daha ürəkdən təbrik edir, yüksək yaradıcılıq uğurları arzulayıram!

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ