Sizin reklam burada
Sizin reklam burada
  • TÜRKSOY yazıçı -dramaturq Hüseynbala Mirələmovu təltif edib

    TÜRKSOY yazıçı -dramaturq  Hüseynbala Mirələmovu təltif edib TÜRKSOY Hüseynbala Mirələmovu “Təşəkkür diplomu" ilə təltif edib

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, professor Hüseynbala Mirələmovu Türk Dünyasının mədəniyyəti və ədəbiyyatına verdiyi mühüm töhfələrə görə “Təşəkkür Belgesi” ilə təltif edib.

    TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən imzalanmış sənəddə Hüseynbala Mirələmovun Türk xalqlarının ortaq mədəni irsinin qorunması, təbliği və ədəbi əlaqələrin inkişafı sahəsindəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. Təltifdə ona gələcək yaradıcılıq və elmi fəaliyyətində uğurlar arzulanıb.

    Qeyd edək ki, Hüseynbala Mirələmov uzun illərdir Azərbaycan və Türk Dünyası ədəbiyyatının inkişafına xidmət edən əsərləri və ictimai fəaliyyəti ilə tanınır. Bu təşəkkür sənədi onun çoxşaxəli yaradıcılığına və mədəniyyət sahəsindəki xidmətlərinə verilən növbəti dəyər kimi qiymətləndirilir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ