Sizin reklam burada
Sizin reklam burada
  • TƏBRİKLƏR, UĞURIAR...


    Vahid Əziz – 80

    Bu gün Azərbaycan poeziyasının parlaq ulduzu, "Şərəf" ordenli, Xalq Şairi Vahid Əzizin 80 illik yubileyidir.

    ŞAİR DOSTUM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

    “Torpaqda göyərib, torpaqda bitən, sıxılan göyə təklikdə səs salan, insana uzaqdan baxmayım deyə Allah olmaqdan imtina edən”,
    “Gözü qonşudakı qıza sataşan”,
    “Əgər sevməyibsə, deməli, Vahid Əziz ya taxta olub, ya da divar; sevgisiz insan olmaz ki”,
    “Mənə yüz il ömür arzulamayın”,
    “Ölümnən qorxmuram, qorxuram öləm”,
    “Elə vaxtlarım olub ki, intihar etmək istəmişəm”,
    “Gedəcəyəm, göylər məni çağırdı!.. Daha yerdə gəzmək olmur, əzizim!..”,
    “Çox işimiz o vaxtlardan yarımçıq, Qoç Koroğlu, məzarını yarım, çıx!”,
    “İndi azad Qarabağ günbəgün abadlaşır, mənim qədim torpağım, sənə bu çox yaraşır, Yaşa, Vətən, çox yaşa, Yaraşır Zəfər sənə!”
    …deyərək xalqını, dövlətini şərəfləndirən, dünyamızı gözəlləşdirən, könlümüzü doyuran Xalq Şairi VAHİD ƏZİZƏ salamlar olsun!

    Vidadi Orucov
    Pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ