Sizin reklam burada
Sizin reklam burada
  • ÇAŞIB, YAR GÖZÜNƏ “YASƏMƏN” DEDİM...



    ÇAŞIB, YAR GÖZÜNƏ “YASƏMƏN” DEDİM...

    Vahid Əziz – 80

    Dost sədaqəti: Professor Vidadi Orucov təqdim edir


    Çiçəklə sözümüz tutmadı yenə
    birini o dedi, birin mən dedim,
    düşdü Ay işığı kipriklərinə,
    çaşıb, yar gözünə “Yasəmən” – dedim,

    Alova bürünüb çatdı qaşların,
    o vaxt sonlarıydı zərif baharın,
    ətrini duyanda ipək saçların,
    bilmirəm, “yaranıb, nə güldən”– dedim?

    Gözlərin zillədi göylərə sarı,
    orda – leylək köçü, durna qatarı,
    qaldı görüşümüz yarımçıq, yarı;
    “Çoxmu salacaqsan saça dən?” – dedim,

    Bilmirəm – yanlışmı, düzmü əməlim?
    Anladım – biryolluq üzülür əlim,
    hikkəsi, qəzəbi çılğın gözəlin,
    keçməz boğazından kişiliyimin;
    odur ki, son sözü yenə mən dedim,
    öpüb, sevə-sevə – “Küsəyən” – dedim...

    Vahid Əziz
    Xalq şairi
    11.02.2023

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ