Sizin reklam burada
Sizin reklam burada
  • DEMƏDİ?


    DEMƏDİ?

    Vahid Əziz – 80



    Dost sədaqəti: Professor Vidadi Orucov təqdim edir

    Hardasan, sevdiyim çiçək?
    Öldürmə! meylin kimədi?
    Hər şeydən danışan külək
    eşqimdən һeç nə demədi?

    Çəkib һansı dil aparıb?
    Kölgəsinə gül aparıb?
    Çoxlarını sel aparıb –
    “o seldən keçmə!” – demədi?

    Dəli qılınc qanlar salar,
    savaşlar qanunsuz olar,
    sonalayan – soysuz qalar:
    “bu qədər seçmə”– demədi?

    Çaylar bir az yavaşıdı,
    bilirsən nələr daşıdı?
    Şeһ – çiçəyin gözyaşıdı:
    “yansan da, içmə”– demədi?

    Duyuldu qəlbdəki giley,
    pıçıldaşdı Yer ilə Göy,
    “mən göndərən köynəyi gey,
    başqasın seçmə”– demədi?

    Anlayaram sözlərini
    görə bilsəm gözlərini.
    fənd edib aldadar səni:
    “eşqə and içmə”– demədi?

    Vahid Əziz
    Xalq şairi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ