Sizin reklam burada
Sizin reklam burada
  • DƏRDLƏRİMDƏN....


    Vahid Əziz - 80

    Professor Vidadi Orucov təqdim edir:

    Xeyli dərdlərim var məni yandıran;
    Vallah-əlİdən düşdüm, Vallah yazığam,
    çalışdım qanmaza nəsə qandıram,
    özüm adamlıqdan az qaldı çıxam.

    Sağlam əqidəynən, təmiz ürəknən
    yadlar qarşıladım duznan- çörəknən,
    viranə mülkləri abad edərkən
    özüm öz evimi az qaldı yıxam,

    Hər cürəm; şənlənir, itib- batıram,
    dərdlərdən içimdə ocaq çatıram,
    bəzən səksəkəylə gedib yatıram-
    çünkü, inanmıram səhərə çıxam,

    Ömrün gülşənində gəzən arıyam,
    çiçək anlayanam, gül tanıyanam,
    mən uca Tanrının kərguzarıyam;
    həyat- tamaşadır,
    gəlmişəm baxam...


    Vahid Əziz
    Xalq şairi 21.05.2023

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ