Sizin reklam burada
Sizin reklam burada
  • Məmməd İsmayıl Tovuzda dəfn olunub

    Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn olunub.

    Əsrik Cırdaxan kəndindəki evində vida mərasimindən sonra Məmməd İsmayılın nəşi kənd qəbiristanlığında dəfn edilib.

    Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlib. 1957-ci ildə Əsrik Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı alıb

    Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ