İnstitutdan bildirilib ki, Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri Yaxın və Orta Şərqdə əruz elminin öyrənilməsi baxımından ən çox sevilən və oxunan əsərlərdən biri sayılır. Bu əsərin Cəfər Təyyar tərəfindən türk dilinə tərcüməsinin tədqiqi bölgədə və ümumilikdə Türk dünyasında əruzşünaslıq və qafiyəşünaslıq elminin tədrisində böyük əhəmiyyət kəsb etdiyi kimi, bu tipli mürəkkəb quruluşlu əsərlərin araşdırılmasına örnək olmaq nöqteyi-nəzərindən də önəmlidir.
Yeni nəşrin elmi redaktorları professor Tərlan Quliyev və Rüxsarə Məmmədova, rəyçisi isə Hacı Rauf Şeyxzamanlıdır.
