
Əsası 2003-cü ilin mayın10-da qoyulan “Atribut” qəzetinin yaranışının 22 ildönümüdür.
Ulu Öndər Heydər Əliyevin doğum günündə həyata qədəm qoyan “Atribut” qəzeti bu müddət ərzində müasir Azərbaycan dövlətçiliyini memarı, Ulu Öndər Ondər Heydər Əliyevin ideyalarının, onun siyasi irsinin layiqli davamçısı, Azərbaycan dövlətinin davamlı uğurlarına imza atan və Azərbaycan xalqını və dövlətini dünyanın qalib dövləti, milləti sırasına yüksəldıb şanlı zəfər tarixi yazan cənab Prezidentin İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin, həmçinin milli dövlətçiliyimizin inkişafının, azərbaycançılıq ideologiyasının təbliğinə həsr edib. “Atribut” tutduğu bu yoldan heç zaman sapınmayıb. Sağlam əqidə, milli özünüdərk ruhuna köklənərək fəaliyyətini davam etdirib. Bu səbəbdən də “Atribut” qəzeti müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yer tutmuş mətbu orqanlarından biridir.
Qəzet fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik, azərbaycançılıq ideologiyasının carçısı olmaqla yanaşı, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunası rolunu oynamaqdadır. Nəşr hər nömrəsində öz maraqlı rubrikaları və yazıları ilə oxucularının böyük diqqətini cəlb etməklə, cəmiyyətimizin informasiya tələbatının ödənməsində mühüm rol oynamaqdadır. Bu səbəbdən də “Atribut” oxuculaırnın böyük rəğbətini qazanıb.
Əminəm ki, “Atribut” bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edib Azərbaycan həqiqətlərini həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırmaqla üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Bu yolda “Atribut” qəzetinin rəhbəri Bəradər Səməndərliyə və onun kollektivinə ancaq və ancaq uğurlar arzulayırıq.