Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün "Cəsur Qəhrəmanlar" kitabımın ikinci təqdimatı Füzulinin Horadiz şəhərində şəhid Mahir Səfərov adına 1 saylı tam orta məktəbdə keçirildi

    "Atributinfo.az" xəbər verir ki, məktəbin direktoru Lalə müəllimə qonaqları sevgi və səmimiyyətlə qarşılayıb şəhid Mahir Səfərov haqqnda geniş məlumat verərək məktəbdə şəhidlərin xatirəsinin daima əziz tutulduğundan, onlar haqqında tədbirlərin tez-tez keçirildiyindən danışaraq şagirdlərə qonaqları təqdim edib. Şagirdlər şairə Esmira Günəşin Mahir Səfərova həsr etdiyi şeirləri səsləndirdikdən sonra tədbirə gələn qonaqlar çıxış edib. Zərdabdan gələn şəhid Ağaqardaş Abbasovun atası İlham Abbasov çıxış edərək oğlu haqqında danışaraq bildirib ki, Ağaqardaş Füzulinin azadlığı uğrunda canından qəhrəmanlardan biri olduğunu bildirdi. Millət vəkili Razi Nurullayev MP nümayəndəsi Zərdab rayon şöbəsinin sədri Sirvani Hummetoglu çıxış edərək bildirib ki, ən qısa zamanda şairə Esmira Günəşlə birlikdə Zərdab şəhidlərinə həsr olunmuş kitab hazırlanacaq və kitab gələcək nəsillərə miras kimi məktəblərə, baxcalara paylanacaq. Daha sonra gənc şair və aktiyor Vüsal Ümidli Həsənov çıxış edib. Şəhidlərə həsr etdiyi şeirlərin birini səsləndirərək şəhid Mahir Səfərov haqqında da şeir yazacağını bildirib. Şəhid Mahir Səfərovun bacısı gələn qonaqlara və məktəb kollektivinə təşəkkürünü bildirib. Tədbirin sonunda şairə Esmira Günəş "Cəsur Qəhrəmanlar" kitabını imzalayaraq həm şəhidin bacısına, həm də məktəbin kitabxanasına hədiyyə edərək məktəbin direktoru Lalə müəlliməyə təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ