Sizin reklam burada
Sizin reklam burada
  • Oruc Dadası Elman -"YAŞADIM"

    Oruc Dadası Elman -"YAŞADIM"
    Oruc Dadası Elman
    Cənubi Azərbaycan

    YAŞADIM

    Tut əlimdən gözəlim, sevgini sultan yaşadım
    Varalım can yoluna, sən canı canan yaşadım

    Qoşulum arzuların göydə uçan quşlarına
    Qanadında asılı, istəyi hər an yaşadım

    Düşünüm sevgi nədir, düz yolu könlüm tanısın
    Ürəyimdən güc alan çağrını iman yaşadım

    Qatılım gül - çiçəyin hər açılan yarpağına
    Doğulan hər səhərin bağrını əlvan yaşadım

    Səni bir k'əbə görən, var - yoxumun qibləsi ol
    Başına dönmək üçün, könlümü qurban yaşadım

    Tutulan can günəşin hörmələrindən düyün aç
    Sənilən birlik edim, sevməli dövran yaşadım

    Ətəyindən daşı tök, ayrılığı qoy qırağa
    Səvinən göz yaşımın damcısın ümman yaşadım

    Nağılın son dəyərin, alma deyirlər üç ədəd
    Mənim almam özün ol, gözləri bağban yaşadım

    Qəzəlin şah qızısan, sözlü ürəklər sarayın
    Qələmimdən yeyə dur, orda nigəhban yaşadım

    Darıxan könlümə gəl, qoy sənə bağrım yarıla
    yaramın mərhəmi ol, dərdimə dərman yaşadım

    Yetir Elman diləyin saçları parlaq günəşə
    Açılan hər hörüyün, ömrumə fərman yaşadım

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ