Sizin reklam burada
Sizin reklam burada
  • Şairə Esmira Günəş Kürdəmirin ilk şəhidi Adəm Əliyevin ad günü tədbirində iştirak edib

    19 Noyabr tarixində MCP-nin şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri şairə Esmira Günəş Kürdəmirin ilk şəhidi Adəm Əliyevin ad günü tədbirində iştirak edib.
    "Atributinfo.az" xəbər verir ki, tədbir Kürdəmir Şəhidlər Xiyabanında şəhidin məzarı önündə baş tutub. Rayon icra nümayəndələri, şəhid ailələri, qazilər, müəllimlər, şagirdlər, şəhidin doğmaları, şəhidin döyüş yoldaşları, AYB üzvlərindən şairə Raziyə Kamilqızı və şairə Esmira Günəş tədbirin qonaqları olublar. Çıxışlardan sonra qonaqlar xiyabanda təşkil olunmuş ehsan süfrəsinə qonaq olub. Daha sonra isə Esmira Günəş şəhidin ev muzeyini də ziyarət edərək millət vəkili Razi Nurullayevin adından çıxış edərək şəhid ailələrinin hər zaman yanlarında olduqlarını bildirib.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ