"Atributinfo.az" xəbər verir ki, tədbirdə ilk çıxışı məktəbin direktoru Rahib müəllim edərək, gələn qonaqları salamlayıb. Respublikamızın Dövlət Himni ilə başlayan tədbirdə şairə Esmira Günəşin təşkilatçılığı ilə Saatlının 35 şəhidinin plokatı şagirdlərin əlində səhnəyə daxil olub. Hər kəs şəhidlərin xətirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra isə tədbir qonaqların çıxışları və şagirdlərin səsləndirdiyi şeirlər ilə davam edib. Razi Nurullayevin Saatlıda nümayəndəsi olan ziyalı şair Qəmbər Əhmədli öz çıxışı zamanı bildirib ki, Saatlı şəhidləri haqqında ilk ümumi kitabı özü yazıb və həmin kitabdan birini də imzalayaraq şairə Esmira Günəşə təqdim edib. Şairə Esmira Günəş isə tədbirin sonunda "Zəfər qoxusu" kitabını məktəbin kitabxana fonduna, şəhid Ceyhun Adıgözəlov haqqında şeirinin və məqaləsinin yer aldığı "Uğur yolu. TV" jurnalını isə şəhidin ailəsinə hədiyyə edib. Təqdimat zamanı jurnalın təsisçisi Raziyə Kamilqızına da təşəkkürünü bildirib. Şəhid Ceyhun Adıgözəlovun anası isə çıxışında şəhidlərin unudulmaması üçün onlar haqqında kitablar yazan şairlərə, tədbirlər keçirən müəllimlərə və onların bu çətin anlarında yanında olan hər kəsə təşəkkür edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılarkən şəhid Ceyhun Adıgözəlovun anası Mərziyə xanım şairə Esmira Günəşə əl işindən hazırlanmış gül buketi təqdim edib.
Qonaqlar əvvəl kənddə ümumi şəhidlərin xatirəsinə həsr olunmuş abidəni ziyarət edib daha sonra isə şəhid Ceyhun Adıgözəlovun evində ehsan süfrəsinə qonaq olublar. Şairə Esmira Günəş və şəhid sevərlər şəhidlərin məzarlarını da ziyarət edərək hər bir məzara qərənfil dəstələri qoyublar.
Qeyd edək ki, 6 noyabr Azadkəndin qəhrəmanı şəhid Ceyhun Adıgözəlovun dəfn günüdür.
Dilarə Zeynalova
"Atributinfo.az"
