Sizin reklam burada
Sizin reklam burada
  • Agah Xaçmazlı: "GƏLMƏDİ"


    Agah Xaçmazlı

    Düşüb əldən şüşə kimi arzular,
    Hamı oldu qırıq-qırıq, gəlmədi.
    Bu dünyanı ayaqyalın dolandım
    Ayağıma bircə çarıq gəlmədi.

    Bu bəxtimə saxladığım kin deyil.
    Üç arzum var, o yüz deyil, min deyil.
    Yəqin bilib arzularım çin deyil,
    Ona görə qızıl balıq gəlmədi.

    Bəxtim hanı bəxt torbasın büzməyə ?!...
    Gücüm yox ki, o torbanan gəzməyə.
    Bu torpaqdan ayağımı üzməyə,
    Dalğalarla üzən qayıq gəlmədi.

    "Kabab dadın çiy ət alıbdı közdə.
    Yanan qabıq sürmə olubdu gözdə."
    (Gülüşləri çox sevirəm hər üzdə,
    Gülənlərlə güldüm, acıq gəlmədi.)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ