Sizin reklam burada
Sizin reklam burada
  • TƏBRİK EDİRƏM!

    Cəmil Dadaşov haqqında çox yazmayacağam, ona görə ki, Azərbaycan ədəbi cəmiyyətində, media aləmində hər kəsə məlum olduğu kimi , onun özünəməxsus dəsti-xətti, öz sozü, öz imzası var. "Turaz.tv" saytının təsisçi və baş yazarı Cəmil Zəbulla oglu Dadaşovun ən yüksək keyfiyyətlərindən biri və başlıcası tikansız, səmimi xarakterə malik olması, dosta sədaqətli olmasıdır. Bu insan istisnasız deyərdim ki, yaradıcılıq axtarışından çox dost axtarışındadır. Əslində dost axtarışında olmağı onun böyük insanı məziyyəti və həyati yaradıcılıgıdır.
    Bu gün dəyərli Cəmil müəllimin dünyaya göz açdığı əlamətdar təqvimidir.
    Əziz dostum, doğum günün mübarək. Bu fani, qarmaqarısıq dünyaya xoş gəlmisən. Yeni yaşın xeyirli, düsərli, sağlıqlı olsun. Sənə saytımızın yaradıcı kollektivi adından uzun və mənalı ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

    Hörmətlə Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ