"Atributinfo.az" xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, kitabxana nümayəndələri, məktəblilər və rayon ictimaiyyətinin fəal üzvləri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra sıra ilə qonaqlar çıxış edərək günün önəmindən danışıblar, şəhidlərin tanıdılmasında kitabların rolundan bəhs ediblər. Şairə Esmira Günəşə şəhidlərin tanıdılmasında olan xidmətlərinə görə təşəkkür ediblər. Məktəblilər şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Tədbirin sonunda şairə xanım imzalı kitablarını şəhid ailələrinə, Daşkəsən şəhər Mərkəzi Kitabxanasına ve Mədəniyyət Mərkəzinin rəhbəri Mətanət xanıma təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
Dilarə Zeynalova
"Atributinfo.az"
