Sizin reklam burada
Sizin reklam burada
  • Ulu Öndərimizi dərin hörmət və sayğıyla anırıq!..

    Yazıçı Hüseynbala Mirələmovun həmmüəllifi olduğu "Heydər Əliyev" kitabından "Son borc, son xidmət" fəsli:
    SON BORC, SON XİDMƏT
    Oktyabr 2003-cü il, ABŞ- Klivlend
    Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə insanlardandı...
    Onun işdən bu qədər ayrıldığı olmamışdı. Həm də belə bir məqamda — Azərbaycan müstəqilliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, onun strateji layihələrinin reallaşmağa başladığı bir dövrdə...
    Yox! Yorğun deyildi. O, mübarizəyə ilk atılan sərkərdə kimi həmişə meydanı qalib kimi sonuncu olaraq tərk etməyə adət etmişdi. Amma yaxşı bilirdi ki, bu sonuncu çarpışmadan, bu sonuncu döyüşdən heç bir dahi, heç bir sərkərdə qalib çıxmayıb. Xəstəlik adı ilə qapını kəsdirmiş ölüm artıq öz hökmünü verməkdə çıxarmaqda israrlı idi. Namərd ölüm onun ağlına, iti zəkasına, düşüncəsinə qalib gələ bilməsə də, taqətini üzürdü...
    Xəyal onu bir anda doğma Azərbaycana gətirdi. Çöhrəsinə xəfif bir təbəssüm qondu. Budur, yenə iş başındadır. Gecə yarıdan keçir, onun kabinetinin işıqları isə hələ də yanır. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, bu istiqamətdə atılacaq növbəti addımları götür-qoy edir. "Zamanın, vaxtın fərqinə varmır", ağlının, zəkasının sürəti ilə zamanı qabaqlamaq istəyir. Sanki sabah olmayacaq, vaxt burda bitəcəkdi.
    Bu dahi bütün ömrünü belə yaşamışdı. Onun böyüklüyü, dahiliyi bir də elə bunda idi ki, öz ömrünün bədxərci idi. O, bu ömrü sədaqətlə xidmət etdiyi Vətəninə, işinə xərcləyirdi. Hətta Klivlenddəki, bu ağır dəqiqələrdə də özünü "bütün varlığı qədər sevdiyi Azərbaycan" qarşısında borclu bilirdi.
    Axı ölkəsi, Vətəni üçün bu qədər xarüqələr yaradan bir insanın nə borcu ola bilərdi ki?
    Filosofların böyük müəllimi Konfutsi vaxtı ilə yazırdı ki, "dahilər ölüm qabağı çox mühüm işlər haqqında düşünürlər". Heydər Əliyevin düşüncəsində də bu məqamda ən mühüm iş müstəqil Azərbaycanın gələcək taleyi idi. Artıq dərk etmişdi ki, düşüncələrində qurduğu əzəmətli, tərəqqi etmiş güclü müstəqil Azərbaycanla bağlı bütün arzularını gerçəkləşdirməyə onun daha vaxtı qalmamışdı". Amma bu ömür indi ona necə də lazım idi.
    Düşüncələr onu rahat buraxmırdı. Ölüm zaman fürsətini hər an əlindən ala bilərdi deyə, gözünə yuxu getmirdi. Axı onun, müstəqilliyinə XX əsrin son onilliyində qovuşmuş, dünyanın amansız mübarizəsində azad ölkə adının təsdiqinə yenicə nail olmuş, sağının-solunun diş qıcadığı Azərbaycan adlı müqəddəs məmləkəti başsız qoyub getməyə sadəcə haqqı yox idi. Özü buna belə qərar vermişdi. Çünki bilirdi ki, ona "Baba" deyən millətin, xalqın onun özünə gümanları nə qədər çox olsa da, sözünə ehtiyacı daha böyükdür. O bilirdi ki, Azərbaycanın müstəqilliyi hələ o qədər də möhkəm deyil ki, onun gələcəyi üçün narahat olmayasan. Bəs yarımçıq qoyduğu işlər necə olsun? Azərbaycanın gələcəyinin asılı olduğu bu işləri kim tamamlasın?
    Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına ünvanladığı son müraciət Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Dəbdəbədən, ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər Əliyevin üslubunda olan son dərəcə səmimi müraciət:
    «Əziz həmvələnlər, hörmətli Azərbaycan vətəndaşları!
    Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız Sizə — bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gııcümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.
    Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir.
    Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş maraqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabacıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionun və bizi əhatə edən xarici aləmin əsas strateji və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bizi tanıyırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar.
    Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf strategiyasının nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir işsizə, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə artacaq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil, xarici aləmdə də ən perspektivli və gəlirli layihələrdə iştirak etmək, investisiya qoymaq imkanına və gücünə malik olacaqlar.
    Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər.
    Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz sizinlə birlikdə həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyalarının qarşısını almışıq, nə qədər çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilrsiniz.
    1988-ci ildə ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist millətçi separatizminin qarşısı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, iradəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik.
    Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik.
    İlk növbədə dövlətçilyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.
    İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.
    Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik.
    Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik iıtkişaf edən, güclü dövləl təsisatları olan demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq.
    Əziz Azərbaycan vətəndaşları, əziz xalqım!
    Mən öz mənalı həyatımın düz 60 ilini xalqının bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığımın nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15 oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və qeydiyyata alınıb. Yüzminlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən istifadə edərək bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və mənə dəslək verən bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, tezliklə səhhətimi bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm.
    Üzümü sizə — həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatmı gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
    Dərin hörmətlə Heydər ƏLİYEV
    Azərbaycan Respublikasının Prezidenti
    1 oktyabr 2003-cü il

    2003-cü il oktyabrın 3-də respublikanın əksər qəzetləri unudulmaz Prezident Heydər Əliyevin bu müraciətini birinci səhifədə dərc etdilər. İlk təəssürat xalqı kövrəltdi. Onlar müraciəti Ümumilli Liderin vəsiyyəti kimi qəbul edib ona əməl etməyi özlərinə borc bildilər. Bir həqiqəti də anladılar ki, borc bildikləri bu əməl Azərbaycanın müstəqilliyinin əbədiliyinə, iqtisadi tərəqqinin, demokratiyanın dönməzliyinə xidmət edəcək...

    Təqdim etdi:
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ