Sizin reklam burada
Sizin reklam burada
  • Bir müəllim tanıyıram

    Ülvi Aydın
    şair,
    Yardımlı rayonu Zevin kəndi.

    Müəllim peşəsi ən ali peşədir..
    Müəllim peşəsi olduqca məsuliyyətli peşədir.
    Müəllim peşəsi ən doğma peşədir hamı üçün.
    Kəndi , şəhəri olmur müəllimin.
    Müəllimin ancaq sinif otağı olur , Bir də şagirdləri..
    Müəllimin də bir insan kimi kədəri də olur, sevinci də olur.
    Müəllim sevinci , onun xoşbəxtliyidir.
    Müəllimin kədəri isə unudulmazdır.
    Həyatın görən gözüdür müəllim.
    İnsanlığın işıqlı yolunu təyin edəndir müəllim ..

    Bir müəllim tanıyıram adı Mayis!
    Bir müəllim tanıyıram , arzu qanadlarında ürəyi təmiz və saf.
    Bir müəllim tanıyıram şöhrəti el-obanı bürüyüb..
    Mayis müəllim Yardımlı rayonun Astanlı kəndində dünyaya göz açıb 1970-ci il də..
    Doğulduğu kənd onu öz qoynunda yetişdirib , boya-başa çatdırıb.
    Kəndinin saf təbiəti qoynunda böyüyən elm adamı böyük arzularla Bakıda ali təhsilini alıb.
    Azərbaycanın ən böyük ali məktəblərindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alaraq müəllimlik peşəsinə yiyələnib..
    Bakıda təhsil alan gənc müəllimi yenə də öz doğma Eli özünə çəkib..
    Uzun müddət öz doğma kəndində şərəfli bir peşənin,- müəllim peşəsinin sirlərinə yiyələnib .
    Öz taleyini müəllim peşəsinə bağlayaraq, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub.
    Gənc nəslə Təhsil vermək , həm dövlətin tələbidir, həm də insanlıq borcudur.
    Gənc nəslə təhsil vermək həm zəruridir , həm də tələbdir.
    Gənc nəslə təhsil vermək həm şərəflidir,həm də olduqca vacibdir.
    Gənc nəslin təhsili də , tərbiyəsi də eyni dərəcədə lazımlıdır.
    Təhsil vermək tərbiyənin verilməsi ilə yanaşı addımlayır.
    Tərbiyə vermədən təhsil vermək mümkün deyildir..
    Rus xalqının düşüncəsində belə bir müdrik düşüncə mövcuddur:
    -" Hər kəsin ali təhsil alması vacib deyildir, amma hər kəsin ali tərbiyə alması olduqca vacibdir"
    Gözəl pedaqoq dərs dediyi şagirdlərə həm təhsil verib, həm də gözəl əxlaqi tərbiyə.
    Tərbiyə ailədən başlayır.
    Ailədən başlayan tərbiyə məktəbə daşınır.
    Məktəbdə əsası qoyulan tərbiyə həyatda tamamlanır .
    Təhsildə də piramida üçbucağı var :,
    - ailə , məktəb, cəmiyyət!
    Ailə təhsilin də bünövrəsini təşkil edir..
    Ailədə təhsil alan şagirdə , mütləq mənada qayğı lazımdır.
    Ailədə nizam -intizam olanda, məktəb ikinci olaraq təhsilin verilməsində iştirak edir.
    Üçüncü olaraq isə həyatda insanlar aldığı təhsili tamamlayır.
    Özü kimi ailəsi də təhsilə önəm verib .
    Müəllimin övladları ali təhsil almaqla atalarının arzularına işıq yandırıblar.
    Mayis müəllim təkcə ailəsinin yox , bütün elinin təhsillənməsində mühum rol oynayıb .
    Onlarla şagirdlərin elmlərə yiyələnməsində onun böyük əməyi olmuşdur.
    Müəllim zəhməti ilə müəllimdir.
    Müəllim əməyi ilə müəllimdir.
    Müəllim şərəfi ilə müəllimdir.
    Hər bir şagirdinin elm öyrənməsinə çalişan müəllim xoşbəxtdir.
    Hər bir şagirdinin xoş həyatının çiçəklənməsinə yardımçı olan müəllim səadətə sahibidir.
    Hər bir şagirdini elmli və tərbiyəli görən müəllim əsil Vətən oğludur!
    Mayis müəllimi tanıyanlar onun xoşbəxtliyinin sirrini onun əməyində və zəhmətində axtarırlar.
    Bu gün o öz yetirmələrinə baxanda qəlbi Fərəhlə döyünür
    Biz də onun zəhmətini, onun həyatının mənası kimi görürük..
    Eşq olsun Mayis Müəllimə..!
    Eşq olsun onun yetirmələrinə !
    Uğur arzulayıram!Can sağlığı diləyirəm Mayis Müəllimə.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ