Sizin reklam burada
Sizin reklam burada
  • Elektron poçtuma Goranboydan bir məktub gəldi...

    Elektron poçtuma Goranboydan bir məktub gəldi... Düzqışlaq kənd tam orta məktəbin müəllimi Südabə Qasım qızı Avazovanın göndərdiyi bu məktubda məni məmnun edən bir neçə məqam var idi. Birincisi, bu müəllifin sətirlərində dövlətə, dövlətçiliyə, ulu öndərə və müzəffər Ali Baş Komandanımıza olan inam, etimad yüksək səviyyədə idi. İkinci, göndərilən şeirlər otuz il həsrətiylə yaşadığımız torpaqlara – Qarabağa sevgi, məhəbbət hissləri ilə dolu idi. , Üçüncü, müəllif bir şeirində “Mən kürd Qasımın qızıyam” deyə əcdadı ilə fəxr edirdi.
    Bu istiqamətlərin hamısı bir-birindən dəyərli olduğuna görə məktubdakı şeirlərin “Atribut”un hörmətli oxucularına təqdim edilməsini istədim. Xatırladım ki, şeirlərdə heç bir düzəliş və ya əlavə edilməyib.
    İttifaq MİRZƏBƏYLİ,
    Əməkdar jurnalist

    TANRI HÖKM EYLƏDİ...

    Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə

    Tanrı hökm eylədi, götür qələmi,
    Mən deyim, sən vəsf et gözəl aləmi.
    Qoy köməyin gəlsin, Ulu Tanrıdan,
    Sənə yardımçıdır səni yaradan.

    Vətənçün yaşayan, bir insandan yaz:
    Hər yerdə qış oldu, bizdə isə yaz.
    Doğdu, Heydər adlı oğlunu ana,
    Bir nuru bəxş etdi bütün cahana.

    Doğuldu, böyüdü, kamala çatdı,
    O, kömək əlini xalqa uzatdı.
    Şərəfli yol keçdi, bir ömür yolu,
    Ömrü çətinliklə, mərdliklə dolu.

    Vətənçün, xalqıyçün olduqca mərddir,
    Nurlu bir aləmdir, şux bir qamətdir.
    Baxanda coxları olurdu heyran,
    Belə sərkərdəni yetirir zaman!

    Deyirəm yazacam bu əsəri mən,
    Əvvəldən axıra ulu öndərdən.
    Qədim Azərbaycan çox yeniləşdi,
    Tanrıdan bizlərə bu bir bəxşişdir.

    Hər dahi, tarixdə bir iş görmüşdür,
    Ulu öndər isə saysız-heysabsız,
    Bir çox ilk işlərə imzanı atdı,
    Yeni Azərbaycan qəsri yaratdı.

    O, gün ki, o, gəldi hakimiyyətə,
    O gun son qoyuldu hər pis niyyətə.
    Vətənçün nurlu bir səhər açıldı,
    Xalqı sevənlərlə o, həmdəm oldu.

    Ulu öndərimiz möhtəşəm idi,
    İşi, əməli də yenilməz idi.
    Çətin gündə idi Azərbaycanım,
    Qoyma, əldən getsin bu əziz canım.

    Söylədi xalq ona, əziz oğluna,
    Azərbaycanımım məğrur dağına.
    Xalqı azadlığa çıxardı Heydər,
    Bu sadə xalq ilə birgə, bərabər.

    Vururdu o genis qəlbi, urəyi –
    Xalqın həm ümidi, həm də gərəyi.
    Parlaq zəkasını şam edərək o,
    Yandırdı xalqının yolunda müdam.

    Sönməz Gunəş kimi daim olacaq,
    Min bir zəhmət ilə qurduğu vətən.
    Ulu öndərini dam anacaq,
    Bu azad vətəndə hər ev, hər ocaq.
    Qasım Kürdoğlunun qızıyam mən də,
    Əsərlər yazıram vəhy gələndə.
    Azadlıq deyəndə, vətən deyəndə,
    Ulu Öndərimin qurduğuna bax.
    Hüzurunda gəlin, ayağa qalxaq!
    *

    Azərbaycan oğlu

    Ali Baş Komandan İlham Əliyevə

    Ulu öndər dağının
    Bir yenilməz qolusan,
    Şah İsmayıl qüdrətli
    Dədəm Qorqud soylusan –
    Azərbaycan oğlusan.

    Yenilməsin iradən,
    Sözün kəsərli olsun.
    Üstünə yağdırıldı,
    Çox qərəzli suallar:
    Hamıya bir dərs oldu,
    Verdiyin o çavablar!
    Ucaltdın bayrağını,
    Həm “dəmir yumruğ”unu.

    Həm bizim bu günümuz,
    Həm gələcəyimizsən.

    Uca Tanrım qorusun,
    Səni hər bir bəladan.
    Azərbaycan Xalqını,
    Sən qurtardın bəladan!
    Ey xalqımın xaqanı,
    Ey xalqımın mərd oğlu.
    Sənə qoy halal olsun,
    Getdiyin zəfər yolu!

    10 noyabr 2020-ci il
    *

    Qarabağ, güzarın düşəydi bəri

    Məhsəti anamdan təlim almışam,
    Nizami dərsini tamamlamışam.
    Gəncə cayı kimi coşub daşmışam,
    Nərəmə dözməyib bu yurd kəndləri –
    Qarabağ, guzarın düşəydi bəri.

    Göycədə sevinclə toy-büsat qurum,
    Ağdamda cəh-cəhlə zəngulə vurum.
    Namərdin köksünü söz ilə yarım,
    Səsimə səs versin kürd igidləri –
    Qarabağ, güzarın düşəydi bəri.

    Xocalıda rəhmət deyim ölənə,
    Süfrə açım şad günümə gələnə.
    Cəbrayılda qurban kəsim gəlinə,
    Telinə düzəydim gül-çiçəkləri –
    Qarabağ, güzarın düşəydi bəri.

    Şuşada görəydim Natavanımı,
    Gəncədə, Göygöldə Cavad xanımı.
    Mən qurban verəyrdim əziz canımı,
    İbrahim xan, bir Şuşaya gəl barı –
    Qarabağ, güzarın düşəydi bəri.

    Qalxım Kəlbəcərin İsti suyuna,
    Ay Laçın, sevinclə baxım qayana.
    Sağımda, solumda dostlar dayana,
    Bəlalı başından siləydim təri –
    Qarabağ, güzarın düşəydi bəri.

    Namərdlərin pəncəsindən cıxaydın,
    Düşmən sinəsinə qılınc taxaydım.
    Qaytara biləydim ötən günləri –
    Qarabağ, güzarın düşəydi bəri.

    2007-ci il Moskva

    Südabə AVAZOVA

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ