Şair Məmmədhəsənin on iki imam haqqında məndən soruş şeirinə nəzirə
7Bu dünya əzəldən sonsuz karvandı
Təliğət uğrunda qanlı meydandı
Birinci imamız şahı-Mərdandı
İkinci imamı soruşun deyim.
Ağ atın belində yel kimi əsən
Yç günlük yolunu bir günə kəsən
İkinci imamımız İmamı Həsən
Üçüncü imamı soruşun deyim
Müqəddəs torpağıdır kərbala elin
Şəhidliq qisməti əməlsalehun
Uçüncü imamımız imamı Hüseyn
Dördüncü imamı soruşun deyim.
Dəqiq yazıb bilən varmı tarixin
Din içində din bəsləyən abidin
Dördüncü imamımız Zeynalabdinin
Beşinci imamı soruşun deyim
Ömrünüz ,gününüz olanda ağır
Bir dara düşəndə adını çağır
Beşinci imamımız Məhəmməd-Bağır
Altıncı imamı soruşun deyim.
Dünyaya gəlmişdi bir zaman Sadiq
Yazıldı adına əməli saleh.
Altıncı imamımız Cəfəri-Sadiq
Yedinci imamı soruşun deyim
Oxudu quranı əlli il Əzim
Öyrəndi, öyrətdi ondan nə yazım
Yedinci imamımız Museyi - Kazım
Səkgizinci imamı soruşun deyim
Salan öz meylini oruc-namaza
Ehdiqat naminə etməyən qəza
Səkgizinci imamımız imamı Rza
Doqquzuncu imamı soruşun deyim
Səkkizi cənnətdi hamısı da bağı
Müsəlman hümbəti Əlidir sağı
Doqquzuncu imamımız Məhəmməd Tağı
Onuncu imamı soruşun deyim
İbadət zamanı, bir azan çağı
Çəkə Zülfüqarı bölə bir dağı
Onuncu imamımız Əliyyən-Nağı
On birinci imamı soruşun deyim
Kərbəlada şəhid oldu hər biri.
Aşurəsi min illərin kədəri
Onbirinci imam Həsən Əskəri
On ikinci imamı soruşun deyim.
Yazıb nəzirəmi eylədim tamam
Mömünlər qəlbində oldum bir ünvan
On ikinci imam sahibizaman
Onlardan vacibin soruşun deyim
Dünyanın hikmətli xəzinəsi var
Tükənməz sirri var, möcüzəsi var
İbadət əhlinə nəzirə yazan
Qənbər Əhmədlinin qəsidəsi var.
19 02 2022 ci il
Saatlı.
