Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
NAMAZDAN BİXƏBƏRLƏR
Nə azanı bilməyir, nə qunut, səcdə, rüku,
İbadətdən danışır namazdan bixəbərlər.
Bir ayağı gordadı utanmayır, ölməyir,
Ağarıbdı saçları, bir azdan dəfn edərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
Mənasız insanların üzündən qocalmısıq,
Susub danışmamışıq, önündə lal olmuşuq.
Dinsiz, imansızların əllərində qalmışıq,
Əlinə Quran alır avazdan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
Riyakar ruhanilər yenə həddin aşıbdı,
"Nucum" elmin bilməyən molla ustalaşıbdı.
Lənət qapısındayıq, dünya şeytanlaşıbdı,
Dərinə baş vururlar dayazdan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
Yenə Göydə qalıbdı dualı əllərimiz,
Göyəmi unvanlayır sualı
əllərimiz?
Qarşıdaymıs ay lələ, davalı günlərimiz,
"Şaqman"a əyləşirlər "kamaz"dan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
Qabaq görərdik toyda əl vurub oynayırlar,
Əllərini ədəblə qaldırıb oynayırlar.
İndi xarici mahnı caldırıb oynayırlar,
Tar-kamandan, qavaldan və sazan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
Ağzından od püskürür danışanda bunların,
Küsüntüsü çox olur toy-nişanda bunların.
Uduzurlar hamısı yarışanda bunların,
Futbola xal verirlər "Topaz"dan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
Keçdi, arxada qaldı duyğulu çağlarımız,
O çağları görəydi kaş ki, uşaqlarımız.
Boy atmayır pöhrəmiz, solur saçaqlarımız,
Elindən uzaqlaşır "palaz"dan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
İbadətsiz ziyarət bilirsiz nəyə bənzər?
Belə kərbəlayilər qansız ürəyə bənzər.
Şəriəti basıbdı Səməndərli, ot-əncər
Nəzər duası yazır "qotaz"dan bixəbərlər,
İbadətdən danışır namazdan bixəbərlər.
14.02.2022
