Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanın görkəmli jurnalisti, şair, publisist Nəsib Yusif oğlu Nəsibov vəfat edib

Gürcüstanın görkəmli jurnalisti, şair, publisist Nəsib Yusif oğlu Nəsibov vəfat edibUzun illər “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində şöbə müdiri vəzifəsində çalışmış Nəsib Nəsibovun qonşu ölkədə Azərbaycandilli jurnalistikanın inkişafında böyük rolu olub. O, gürcü, rus, türk, fars dillərini mükəmməl bilirdi. Buna görə tərcümələri tərcümə sənətkarlığı baxımından yüksək qiymətləndirilirdi. Nəsib müəllimin tərcüməsində gürcü şair və yazıçılarının əsərləri Azərbaycan mətbuatında çap olunub. Özünün əsərləri isə gürcü qəzet və jurnallarında dərc edilib.
N. Nəsibov bir neçə müəlliflə birlikdə “Gürcücə-azərbaycanca lüğət” kitabını, həmçinin “Azərbaycanca-gürcücə və gürcücə-azərbaycanca lüğət” kitabını hazırlayıb. Dahi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini Azərbaycan dilinə tərcümə edib. 2000-ci ildə “Yurd həsrəti” adlı şeirlər və hekayələr kitabı nəşr olunub.
Gürcüstan Jurnalistlər İttifaqının üzvü, sabiq SSRİ Jurnalistlər İttifaqının üzvü, Gürcüstanın Əməkdar Mədəniyyət işçisi N.Nəsibov 2016-cı ildə Gürcüstanda Azərbaycan dilində çıxan “Corcian tayms” qəzetinin redaktoru vəzifəsində də işləyib.
Zəngin və mənalı ömür sürmüş Nəsib müəllim onu tanıyanların, dostlarının, həmkarlarının xatirələrində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ