Sizin reklam burada
Sizin reklam burada

SALAM OLSUN YARADANA!!!

SALAM OLSUN YARADANA!!!

(Vətənçi fədai, Dövlətçi məmur Gəncəli Mədət Quliyevin ruhuna dualarla... )

Ötən əsrin arxasından,
Dikəlmisən hər ixlasdan.
Sizə sayğı duruşumla,
Dayanmışam alqışlmla.
SALAM olsun-Yaradana,
Qüdrət verib-Qəhrəmana!!!
Mis biləkli odda yanmaz,
Qırğı gözlu suda batmaz.
Mərdanəsən, qüdrətlisən,
QULUSOYLU nəslindənsən.
Tarix yazdın al qanınla,
Bayraqlaşdın ad-sanınla.
Ya Hu! ULU Ya MƏDƏTİM!
Əfsanəvi ƏR TİNƏTLİM!
Zorla könül fəth olunmaz,
ADI qəlbdə şırım açmaz!
Mehman oldun- Qeyrətinlə,
Qəlbimizdə Cürətinlə....
İmanımın zirvəsində,
ABİDƏ İNSAN qismində....
Müstəqillik bərpa olub,
"Yan"ların xəyalı solub,
Sevincimiz aşıb daşıb,
İLHAMIMIZ BAYRAQLAŞIB.

Natella Asena,
"Zəfər qalası" qəzetinin
baş redaktoru,
AYB-nin və AJB-nin üzvü

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ