Sizin reklam burada
Sizin reklam burada

Erməni jurnalist: “17 erməni hərbi qulluqçu ölüb, ittiham nəticəsində “ağır maddi nəticələr” yazılıb”

Erməni jurnalist: “17 erməni hərbi qulluqçu ölüb, ittiham nəticəsində “ağır maddi nəticələr” yazılıb” “2-si zabit olmaqla 17 hərbi qulluqçu ölüb, ittiham nəticəsində “ağır maddi nəticələr yaranıb” yazılıb”.
Bunu “Facebook” səhifəsində erməni jurnalist Voskan Sarkisyan yazıb.
“Ölənlərin yaxınlarının xahişini, yəni məhkəmənin İrəvanda keçirilməsini nəzərə almayıblar. Andranik Veranyanın (Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin komandirinin döyüş hazırlığı üzrə müavini - red.) məhkəməsinin birinci iclası sentyabrın 7-də Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin Gorus iqamətgahına təyin olunub. A.Veranyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb”, - deyə Sarkisyan qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ