Sizin reklam burada
Sizin reklam burada
  • Facebookda kitab təbliğatı ideyam yaxşı qarşılandı

    Facebookda kitab təbliğatı ideyam yaxşı qarşılandı Etibar Əliyev
    millət vəkili

    Facebookda kitab təbliğatı ideyam yaxşı qarşılandı. Onda gəlin başlayaq. Bu kitabın müəllifi 2004-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüş Massaçusets Texnologiya İnstitutunun professoru Frenk Vilçekdir (Frank Wilzek).
    Doğurdanmı dünyanı idarə edən gözəllikdir? Bütün tarix boyu bu sual mütəfəkkirləri, rəssamları və alimləri maraqlandırıb. Bu kitabın səhifələrində böyük fizik kainatın gözəlliyi və elmi ideyalar haqqında düşüncələrini bölüşür. Müəllif Yunan fəlsəfəsinin təqdimatından addım-addım müasir problem olan qarşılıqlı təsirlərin birləşdirilməsi və onun ehtimal olunan inkişafına qədər keçən yolda fiziki konsepsiyalarda gözəllik və simmetriya ideyaların yerləşməsini göstərir. Onun tədqiqatının qəhrəmanları Pifaqor və Platon, Nyuton, Maksvell, Eynşteyn və başqalarıdır. Nəhayət kitabda Emmi Nyöterə xüsusi yer verilir. O, simmetriyadan saxlanma qanununu üzə çıxarmışdı. Elmin populyarlaşdıran digər alimlərdən fərqli olaraq Frenk Vilçek formuldan qorxmur və bizi yumora alışdıraraq, möcüzəni duymağı hiss etdirərək, barmağı ilə istənilən mürəkkəb nəsnəni göstərə bilir. Kitabın fəsilləri:
    Ədəd və harmoniya
    Mağaradan çıxmaq
    Metod və divanəlik
    Dinamik gözəllik
    Allahın estetikası
    Eynşteynin iki addımı və s.
    "F. Vilçek bizim kainatı sənət əsəri kimi tədqiq edib, bütün səviyyələrdə - Qalaktikadan başlayaraq atomdaxili mikroaləmə qədər gizli gözəllikləri aşkara çıxarıb." M. Teqmark
    Kitabın orijinalı 2015-ci ildə çapdan çıxıb
    Kitabı "Bakı Kitab Mərkəzi"ndən almışam
    Facebookda kitab təbliğatı ideyam yaxşı qarşılandı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ