Sizin reklam burada
Sizin reklam burada

Nəsib müəllim

Nəsib müəllim NƏSİB MÜƏLLİM

Şəxsiyyətinə, həyat və fəaliyyətinə xüsusi hörmətim olan, sözlə ifadə edilə bilməyəcək dərəcədə büsbütün ləyaqət rəmzi, ziyalılıq nümunəsi, insanlıq atributu-dəyərli dostum, sevilən millət vəkili Nəsib Məhəməliyevin ötən gün qədəm qoyduğu 60 illik yubileyinə həsr olunur

Bağban, bar gətirsin, bağı əkir ki,-
Əkərsən, biçərsən, çarə nədir ki.
İnsanlıq elə bir xəzinədir ki,
Hər kəsə olmayır nəsib, müəllim,
Yaşınız mübarək Nəsib müəllim.

Başı əyləncəyə qatmayırsınız,
Yıxılıb, doyunca yatmayırsıniz.
Ahıllıq zirvəsin adlayırsınız,
Müdriklik qapını kəsib müəllim,
Yaşınız mübarək Nəsib müəllim.

Tikansız xarakter, qüsursuz bədən,
Bilirəm ki, bəzən susursuz nədən.
Mübarək pilləyə qoyursuz qədəm,
Bir az payız mehi əsib müəllim,
Yaşınız mübarək Nəsib müəllim.

Yubiley iliniz ZƏFƏR ilidir,
Şuşa, Kəlbəcərə səfər ilidir.
Sözünüz, nitqiniz çox kəsərlidir,
Neçə əyriləri kəsib müəllim,
Yaşınız mübarək Nəsib müəllim.

Bəradər, doğrudur nə söyləmisən,
Ziyalı ömrünü vəsf eyləmisən.
Üç nöqtə qoyacam şeirə deyəsən,
Təbriki bu qədər yazıb müəllim,
Yaşınız mübarək Nəsib müəllim!

Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)
13.02.2021

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ