Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər SƏMƏNDƏRLİ: "NƏ SƏN MƏNİM OLDUN, NƏ DƏ MƏN SƏNİN"

    Bəradər SƏMƏNDƏRLİ: "NƏ SƏN MƏNİM OLDUN, NƏ DƏ MƏN SƏNİN" Bəradər SƏMƏNDƏRLİ

    NƏ SƏN MƏNİM OLDUN, NƏ DƏ MƏN SƏNİN

    Niskilli, təzadlı ömür yaşadıq,
    Nə sən mənim oldun, nə də mən sənin.
    Nədən bir-birimizə bu qədər yadıq?
    Kədər çəkilməyir üzündən sənin,
    Nə sən mənim oldun, nə də mən sənin.

    Tanrının qəzəbi tutumu bizə?
    Görmədən, sevmədən gəldik üz-üzə.
    Günəş də çıxmadı heç üzümüzə,
    Bulud mənim oldu, duman-çən sənin,
    Nə sən mənim oldun, nə də mən sənin.

    Bizim aramızda yaş fərqi vardı-
    Payızın baharla qış fərqi vardı.
    Mənim dağlarımın zirvəsi qardı,
    Saçına düşməyib hələ dən sənin,
    Nə sən mənim oldun, nə də mən sənin.

    Ömrün dəyərini heyif, bilmədin,
    Mənasız yaşadın, eyib-bilmədin.
    Mənimlə danışıb, deyib-gülmədin,
    Nə fərqin vardı ki, özgədən sənin,
    Nə sən mənim oldun, nə də mən sənin.

    Bəradər, biz nələr gördük həyatdan,
    Gör, neçə imtahan verdik həyatdan.
    Hərəmiz bir çiçək dərdik həyatdan,
    Bənövşə mənimdir, yasəmən sənin,
    Nə sən mənim oldun, nə də mən sənin.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ