Sizin reklam burada
Sizin reklam burada

Bəradər SƏMƏNDƏRLİ: "HƏR ŞEY VAR, HEÇ NƏ YOXDU"

Bəradər SƏMƏNDƏRLİ: "HƏR ŞEY VAR, HEÇ NƏ YOXDU" Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)

HƏR ŞEY VAR, HEÇ NƏ YOXDU

Təzada bax İlahi,
Hər şey var, heç nə yoxdu.
Bu necə gəlhagəldi,
Biri ac, biri toxdu,
Hər şey var, heç nə yoxdu.

Küləkdə, tufandayıq,
Çiskində, dumandayıq.
Biz hansı ünvandayıq,
Bunu bilən də yoxdu,
Hər şey var, heç nə yoxdu.

Bu kandan götür məni,
Məkana ötür məni.
Günəş üşüdür məni,
Üstümü ört, soyuqdu,
Hər şey var, heç nə yoxdu.

Xəstəyik, yataqdayıq,
Diriykən məzardayıq?
Bir soyuq otaqdayıq,
İçində "peç" də yoxdu,
Hər şey var, heç nə yoxdu.

Gözəl xarüqlər var,
Daha nələr, nələr var.
Yoxsul ailələr var,
Məvacib, iş də yoxdu,
Hər şey var, heç nə yoxdu.

Öz qismətin var sənin,
Malın yemə özgənin.
Əzəldən bənövşənin
Qəmi sevincdən çoxdu,
Hər şey var, heç nə yoxdu.

Zəmiləri yatan var,
Gəmiləri batan var.
Batana əl tutan var,
Dili zəhərli oxudu,
Hər şey var, heç nə yoxdu.

Təbim gəlib gerçəkdən,
Çıxar sazı köynəkdən.
Düz sözü söyləməkdən
Demə, Bəradər qorxdu,
Hər şey var, heç nə yoxdu.

16.12.2020

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ