Sizin reklam burada
Sizin reklam burada

Kərbəlayi Ədalət Arazli: "DÜZƏLSİN"

 Kərbəlayi Ədalət Arazli: "DÜZƏLSİN" Kərbəlayi Ədalət Arazli
şair, "Qızıl qələm" mükafatı laureatı.

Əyilə-əyilə gəzdiyin bəsdi,
Bir az da şax dayan, belin düzəlsin.
Haram süfrəsindən əlini cək ki,
Halala öyrənsin, əlin düzəlsin.

Qoşul yaxşılara, yaxşıya qarış,
Əyridən uzaq ol, düzlüyə alış,
Qanqala gül demə, laləyə kalış,
Seçimi düzgün seç, dilin düzəlsin.

Təpəyə təpə de, dağ denən dağa,
Ləkəli qaranı tay tutma, ağa,
Bəy demə, şah demə, hər qurumsağa,
Elini korlama, elin düzəlsin.

Kötüyü çürükdən saf bar alınmaz,
Nəm çəkən bir daşdan qala salınmaz,
Həyası olanın saçı yolunmaz,
Abrını gözlə ki, telin düzəlsin.

Hay-həşir çox salıb özündən çıxma,
Nəfsi tox olana bəs edər loxma.
Ədalət simini çox dartıb sıxma,
Bəmini bəm eylə, zilin düzəlsin.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ