Sizin reklam burada
Sizin reklam burada
  • AZƏRBAYCAN HƏQİQƏTLƏRİ ALMANİYA MƏTBUATINDA

    AZƏRBAYCAN HƏQİQƏTLƏRİ ALMANİYA MƏTBUATINDA Milli Məclisin Sədr müavini Adil Əliyevin Ermənistanın Azərbaycanda mülki əhaliyə və şəhərlərə hücum etməsi barədə məqaləsi Almaniya mətbuatında işıqlandırılmışdır

    Almaniyada işıq üzü görən məqalədə Adil Əliyev Ermənistanın son 30 ildir ki, Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlaması, bu işğalın nəticəsində minlərlə insanı qətl etməsi və bir milyondan yuxarı şəxsin öz doğma yurd-yuvalarını məcburi şəkildə tərk etməsi əks olunmuşdur.
    Məqalədə Ermənistanın hazırkı hakimiyyətinin əsas hədəfinin Azərbaycanda yaşayan mülki əhali olmasını, həyata keçirdiyi hücumlar zamanı xüsusilə təmas xəttindən kənarda yerləşən mülki əhalinin hədəf almaqla, evlərə, xəstəxanalara, habelə digər mülki obyektlərə zərər yetirməsi bildirilmişdir.
    Yazıda Ermənistan tərəfinin bu ilin iyul ayından başlayan müntəzəm təxribatı zamanı, 76 yaşlı mülki şəxsin, habelə bu ilin 27 sentyabr tarixindən başlayan növbəti təxribat zamanı isə bir ailənin ümumilikdə şəhid olmasını, şəhid olanların arasında 7-ci və 9-cu sinifdə təhsil alan iki məktəblinin olması qeyd edilmişdir. Ermənistan hakimiyyətin təcavüzkar siyasətini alman mediasına çatdıran Adil Əliyevin məqaləsində dəfələrlə, Azərbaycan tərəfinin Ermənistanın təcavüzkar siyasətinidayandırmasını və işğal altında olan torpaqlardan çəkilməsini tələb etməsinə baxmayaraq, düşmən tərəfin öz təcavüzkar siyasətindən çəkinmədiyi vurğulanmışdır.
    Vitse-spikerin yazısında bildirilib ki, bütün bunların əksinə olaraq Ermənistan tərəfi daha kütləvi şəkildə silahlanmağa başlamış, başqa ölkələrdən insanları Dağlıq Qarabağa köçürtmüş və mütəmadi olaraq təxribata əl atmışdır. Ermənistan tərəfin həyata keçirdiyi siyasətin Çenevrə Konvensiyasının tələblərinə zidd olması, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, ölkəmizə məxsus ərazilərin qeyd-şərtsiz azad edilməsi tövsiyələrinə baxmayaraq həmin qətnamələrin bu vaxta qədər icra edilməməsi, Ermənistan tərəfinin beynəlxalq hüququn bütün prinsiplərini kobud şəkildə pozması ictimaiyyətin diqqətinə çatdırılmışdır.

    https://nex24.news/2020/07/adil-alijew-aserbaidschan-moechte-eine-friedliche-loesung-des-konflikts/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ