Sizin reklam burada
Sizin reklam burada

Politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb

Politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb.
"Düşüncələrim" seriyasından olan üçüncü kitab "Təbiət və İnsan" adlanır. Əsərdə kainat və təbiət haqqında müəllifin mülahizələri yer alır. Kainat və təbiət şəxsi düşüncənin obyektinə çevrilir. Müstəqil qavrama və məntiq əsasında sintez və analizlər müəyyən olunur. Kainat haqqında şərtləndirici fikirlər irəli sürülür. Kainat və təbiətdə baş verən proseslərin səbəb və nəticələri subyektiv təhlil obyektinə çevrilir. Varlıq və onun mütləqliyi haqqında fikirlər bildirilir. Kitabda kainatın, təbiətin davamı və nəticəsi olan insanın mənəvi mənası müəyyən fikirlərlə izah olunur. İnsan bioloji məfhum kimi, eləcə də ruhi aləmin əsasları şərh edilir. İnsanın ruhi mənası onun fizioloji mənası ilə şərtləndirilir. Həmçinin insana bütöv bir informasiya mənbəyi və daşıyıcısı kimi baxılır. Belə qənaətə gəlinir ki, insan özü öz daxilini müəyyənedicidir. Bu müəyyənlik ilk olaraq insanın özündə mövcud olur. Əsərdə insanın tarazlı və qeyri-tarazlı vəziyyəti təhlil olunur, sağlam həyat və xəstəliklər haqqında bir çox subyektiv mülahizələr irəli sürülür.
Əsər geniş oxucu kütləsi və təbiət fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ