Qabil Yusifoğlu,
Xalq qəzetinin əməkdaşı
Axşamlar bir ayri olur qurbətdə,
Gün batır, çoxalır qüssə də, dərt də,
Bir tanış üz üçün baxdığı nöqtə
İtdikce yerində donar qəriblər.
Qalmağa bir yuva qursa da hərgah
İsinməz vücudu, dərddən çəkər ah,
Ümidi, pənahı tək olan Allah,
Vətən, vətən deyib, yanar qəriblər.
Onu yurd sevgisi tutar, yaşadar
Yayda gün dağlayar, qışda soyuq qar.
Bir tanış üz görsə, gözləri dolar,
Özünü evində sanar qəriblər.
Oyanar yuxudan gözləri yaşlı,
Baxar pəncərəyə sevinc, təlaşlı,
Yastiq da islanıb əməlli başlı,
Həsrətdən əriyər, sınar qəriblər .
Ömür vəfa qılsa dönəcək bir gün,
Bütün sərhədləri yenəcək bir gün
Tanrının hökmüylə sönəcək bir gün,
Ruh olub torpağa enər qəriblər.
Xalq qəzetinin əməkdaşı
Axşamlar bir ayri olur qurbətdə,
Gün batır, çoxalır qüssə də, dərt də,
Bir tanış üz üçün baxdığı nöqtə
İtdikce yerində donar qəriblər.
Qalmağa bir yuva qursa da hərgah
İsinməz vücudu, dərddən çəkər ah,
Ümidi, pənahı tək olan Allah,
Vətən, vətən deyib, yanar qəriblər.
Onu yurd sevgisi tutar, yaşadar
Yayda gün dağlayar, qışda soyuq qar.
Bir tanış üz görsə, gözləri dolar,
Özünü evində sanar qəriblər.
Oyanar yuxudan gözləri yaşlı,
Baxar pəncərəyə sevinc, təlaşlı,
Yastiq da islanıb əməlli başlı,
Həsrətdən əriyər, sınar qəriblər .
Ömür vəfa qılsa dönəcək bir gün,
Bütün sərhədləri yenəcək bir gün
Tanrının hökmüylə sönəcək bir gün,
Ruh olub torpağa enər qəriblər.
