Sizin reklam burada
Sizin reklam burada
  • Xətai Sənət Mərkəzində “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin bağlanış sərgisi 2 noyabr 2022-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.
    Nəzərinizə çatdıraq ki, Uşaq rəsm yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdi və təyin olunan seçim heyəti ərsəyə gələn əsərlərin arasından 44 günlük zəfərin şərəfinə 44 əsər sərgilənmək üçün seçdi.
    Turnirin gündəlik fəaliyyətini, həmçinin seçim heyyəti və seçimin gedişini Xətai Sənət Mərkəzinin media hesabları üzərindən izləmək mümkündür.
    Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüldü.
    Nəzərinizə çatdıraq ki, 10-21 yaş arası uşaq, yeniyetmə və gənclər
    İştirakçı anketini tamamlayıb Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) yerləşdirməklə “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin iştirakçısı olmuşdular.
    Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq və sərgilənəcək əsərlər geri qaytarılmır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ