
Bu tədbirdə illərin qocaman müəllimləri öz yetişdirdikləri şagirdlərin böyütdüyü qəhrəman oğul haqqında qürurla danışıb, valideynlərinə səbr dilədilər. Tədbirdə həmçinin İcra nümayəndələrindən şəhid Əlyar Əliyevin oğlu Emin müəllim, Natiq müəllim və başqaları iştirak edirdi.
İcra Hakimiyyətinin Xocahan nümayəndəliyindən Kənan müəllimin dəvəti ilə tədbirdə iştirak edən şairə Esmira Günəş də çıxışı zamanı şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr etdiyi şeiri səsləndirərək kitabını məktəbin ən fəal şagirdinə hədiyyə etdi. Tədbir bir-birindən maraqlı çıxışlarla davam edərək, sonda şəhidimizin valideynlərinin çıxışı ilə yekunlaşıb. Şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım " belə tədbirlərin sayının çoxalması, bizim təskinliyimizdir."-deyərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkilib və qonaqlar böyük sevgi və hörmətlə yola salınıb.






