
Ötən il keçirilən “Sabahın Alimləri” X Respublika müsabiqəsində riyaziyyat fənni üzrə 1-ci yer nominasiyasına layiq görülən Kompleksimizin şagirdi Rafiq Qasımov ABŞ-da keçirilən “Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik” müsabiqəsində Azərbaycanı təmsil etmişdir. O, hal-hazırda Almaniyanın Karlsrue Texniki İnstitutunun Komputer elmləri fakültəsində təhsil alır.
Riyaziyyat fənni üzrə 2 il ardıcıl olaraq ölkənin ən nüfuzlu yarışmalarından olan “Sabahın Alimləri” müsabiqəsində 1-ci yerə layiq görülmək və ABŞ-da Azərbaycanı təmsil etmək Kompleksimiz üçün olduqca böyük nailiyyətdir. Ölkə xaricində keçirilən beynəlxalq turnirlərdə Vətənimizi təmsil edən bütün şagirdlərə uğurlar arzulayırıq.