Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda məktəbli buna görə intihar edib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

    Bakıda məktəbli buna görə intihar edib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli intihar hadisəsi ilə bağlı məlumat yayıb.
    Nazirlikdən verilən məlumata görə, mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
    İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

    ***
    3 may, saat 17:12

    Bakıda özünü binadan atan məktəblinin kimliyi məlum olub.
    Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır.
    O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.
    Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

    ***

    12:50
    Bakıda məktəbli intihar edib.
    Hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.
    İlkin məlumata görə, orta məktəbdə oxuyan qız özünü yaşadığı binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ