Sizin reklam burada
Sizin reklam burada
  • Xırdalanda məktəbin damı uçdu - YENİLƏNİB

    Xırdalanda məktəbin damı uçdu - YENİLƏNİB “Xırdalan şəhərində güclü küləyin törətdiyi fəsad zamanı xəsarət alan olmayıb”.
    Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.
    Şöbədən bildirilib ki, əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub:
    “Hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.
    ***
    Abşeron rayonu, Xırdalan şəhərində güclü külək fəsad törədib.
    Külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.
    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ