Sizin reklam burada
Sizin reklam burada

Deputat məktəblərdə kişi müəllimlərin azlığından NARAHATDIR

Deputat məktəblərdə kişi müəllimlərin azlığından NARAHATDIR Milli Məclisin dünən keçirilən plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqizı gender bərabərliyi ilə bağlı danışıb.
Deputat orta məktəblərlə bağlı narahatlığını ifadə edib:
"Bu gün orta məktəblərdə müəllimlərin əksəriyyəti qadındır. Kişilərin təhsildə üstünlük təşkil etməsi üçün komitə tərəfindən hansı işlər görüldüyü açıqlansa, yaxşı olar. Çünki gənclərin yaxşı vətəndaş kimi formalaşması orta məktəbdən başlayır. Digər məsələ erkən nikahlarla bağlıdır. Xüsusilə Bakının bəzi kəndlərində və bəzi rayonlarda bu problem daha aktualdır. Bunun üçün komitə tərəfindən ayrıca fəaliyyət həyata keçirilməlidir. Bu edilir, ya yox, bilmək istəyərdik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ