Sizin reklam burada
Sizin reklam burada

Emin Əmrullayev: “Bu, təhsil şöbələrinin ləğvi demək deyil”

Emin Əmrullayev: “Bu, təhsil şöbələrinin ləğvi demək deyil” Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib. “Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilib və regional təhsil idarələri yaradılıb. Bu, yerlərdəki təhsil strukturlarının ləğvi demək deyil. Təhsil şöbələri də fəaliyyət göstərəcək”.
Nazir qeyd edib ki, regional idarələrin yaradılması ilə təhsil formatının vahid idarəetməsinə nail olunacaq: “Məsələn, regionda hansısa müəllimin dərs saatından şikayəti varsa, nazirliyə müraciət edir. Nazirlik bu işlə məşğul olanda digər işlər qalır. Əslində bunu nazirlik etməməlidir, regional idarələr bu işi həyata keçirəcək. Bu həm də vətəndaş müraciətlərinin daha asan həllinə gətirib çıxaracaq. Bu proses qarşılıqlı şəkildə həyata keçiriləcək. Regional idarələrin funksiyaları düzgün icra olunduqca, onlara bir sıra əlavə səlahiyyətlər də veriləcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ