Sizin reklam burada
Sizin reklam burada

İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF

İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya müddətində güzəştlər nəzərdə tutulmayıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.
O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna mütəmadi olaraq dəyişiklik edilir:
"Sonuncu dəyişikliyə görə qanunda belə bir güzəşt müəyyən edilməyib. Bu məsələ ilə bağlı hansısa bir dəyişikliyin olması məsələsi hələlik gündəmdə deyil".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ