Sizin reklam burada
Sizin reklam burada

Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ

Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.
Bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə yaydığı məlumatda əks olunub.
Bildirilib ki, ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ