Sizin reklam burada
Sizin reklam burada

ZƏFƏR ŞAHİNLƏRİ

ZƏFƏR ŞAHİNLƏRİ Əbədi yaşar ŞƏHİDLƏRİMİZİN müqəddəs ruhu qarşısında baş əyir, əziz xatirələrini böyük hörmət və ehtiramla yad edirik! Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət etsin!
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 27 sentyabr Anım Günü münasibəti ilə tədbir keçirilib. Anım Günündə Vətən müharibəsində iştirak etmiş bir qrup tələbə də iştirak edib.
Kollecin direktoru dosent Oruc Məmmədov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsinə kollec üzrə 31 nəfər tələbə qatılıb. Onlardan 2 nəfəri Şəhidlik zirvəsinə yüksəlib, 4 nəfər isə Qazi olub.
Oruc Məmmədov əlavə edib ki, şəhid və qazilərimiz hamımızın baş tacıdır: “Onlar canları, qanları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Bu gün biz onlar sayəsində başıuca gəzə bilirik. Şəhidlərimiz Ali Baş Komandanımızın əmrini ləyaqətlə yerinə yetirdilər. Bu gün biz qalib xalq kimi dünyada başıuca gəzirik. Buna görə də, biz onlara borcluyuq və xatirələrini əbədiləşdirməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Vətən müharibəsində ŞƏHİD olmuş 2907 nəfər və itkin düşmüş 7 nəfər əsgər və zabitin əziz xatirəsinə həsr edilmiş “ZƏFƏR ŞAHİNLƏRİ” adlı daimi mövcud olacaq güşə yaradılıb.
Guşə 20 löhvədən ibarətdir. Hər bir lövhədə “Müzəffər ordunun zəfər şahinləri!” Şəhidlər ölməz! şüarı ifadə edilir. Guşədə 2914 nəfər əsgər və zabitin hər birinin şəkili, soyadı, adı, atasının adı nümayiş olunur.

Aybəniz Quliyeva

ZƏFƏR ŞAHİNLƏRİZƏFƏR ŞAHİNLƏRİZƏFƏR ŞAHİNLƏRİZƏFƏR ŞAHİNLƏRİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ