Sizin reklam burada
Sizin reklam burada

Tələbə adınız mübarək!

Tələbə adınız mübarək! İltizam Yusifov
millət vəkili

Tələbə adını qazanan bütün gənclərimizi təbrik edirəm.
Düşüncələr məqsədləri doğurur. Məqsədlər fəaliyyətə çevrilir. Fəaliyyət vərdişləri aşılayır. Vərdişlər xarakteri müəyyən edərək taleyimizi təyin edir.
Tələbəlik isə taleyin ən mənalı, ən müqəddəs və xoş anlarını özündə əks etdirir.
Şirvan təhsili hər zaman ölkə miqyasında fərqlənib. Statistik göstəricilərə nəzər salanda şəhərimizin aburityəntlerinin ən yüksək balla tələbə adının qazandığının şahidi olarıq. Həftə ərzində açıqlanan nəticələr bizləri bir daha ruhlandırdı.
Mən öz növbəmdə tələbə adını qazanan bütün şirvanlı abituriyentləri səmimi qəlbdən təbrik edirəm.

P.S. Albert Enşteyn:" Unutmayın ki, məktəbdə öyrəndiyiniz bütün möcüzəli biliklər çoxsaylı nəsillərin əməyinin, böyük zəhmətinin bəhrəsi və dünya ölkələri əhalisinin tükənməz səylərinin nəticəsidir. Bu biliklərin hamısı sizə miras kimi təqdim olunur ki, siz bu sərvəti qəbul edib onun qədrini biləsiniz, ona öz töhfənizi verərək artırasınız və nə vaxtsa öz övıadlarınıza əminliklə ötürə biləsiniz."

P.S. Abdulla Şaiq: "Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır."

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ