Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"

Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım" "Əziz dostlar,
Bu gün Şirvan Peşə Liseyində “Açıq qapı günləri” tədbirində iştirak etdim. Tədbirdə Şirvan Peşə Liseyinin rəhbərliyi və kollektivi, Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Təhsil Şöbəsi, Şirvan Gənclər Evi, Şirvan şəhər Gənclər və İdman İdarəsinin, bir necə təhsil, idarə və digər müəssisələrin rəhbərləri iştirak edirdilər.
Tədbir iştirakçıları Peşə Liseyində tələbələrin əl işləri və tədris şəraiti ilə yaxından tanış oldular".
Bu sözlər Şirvanda seçilən millət vəkili İltizam Yusifov bu gün feysbuk səhifəsində paylaşıb. Millət vəkili qeyd edib ki, "Artıq peşə təhsili sahəsində ölkəmizdə uğurlu işlərə start verilib. İnsanlarımız özləri də Peşə təhsilinin önəmini çox yaxşı başa düşürlər. Bu baxımdan tədbir çox xoşuma gəldi.
Görülən işlərə görə, gənclərin peşə təhsilinə maraqlarının artırılması məqsədini təbliğ edən bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq Peşə Litseyinin rəhbərliyinə təşəkkürümü bildirərək Kollektivə öz xoş arzularımı çatdırdım".
İ. Yusifov paylaşımını "Gələcəkdə ölkəmizdə, o cümlədən Şirvanda yeni, güclü maddi-texniki bazaya malik müasir tipli Peşə təhsil mərkəzlərinin yaradılması(tikintisi) nəzərdə tutulur"-fikirləri ilə tamamlayıb.

"Atributinfo.az"

Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"Millət vəkili İltizam Yusifov: "Kollektivə öz xoş arzularımı çatdırdım"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ