Sizin reklam burada
Sizin reklam burada

Sentyabrın 15-də ibtidai sinif şagirdləri dərsə gedəcək

Sentyabrın 15-də ibtidai sinif şagirdləri dərsə gedəcək "Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirik”.
Bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epdemioloji vəziyyət gərgindir".
5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri isə 15 sentyabrdan onlayn qaydada başlayır.
Nazir bildirib ki, 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ