Sizin reklam burada
Sizin reklam burada

Cərimə olunan Abel Məhərrəmov niyə işə çıxmır? - BDU-dan AÇIQLAMA

Cərimə olunan Abel Məhərrəmov niyə işə çıxmır? - BDU-dan AÇIQLAMA Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən keçmiş Bakı Dövlət Universitetinin (bdu) rektorU Abel Məhərrəmov karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub.
Hazırda Bakı Dövlət Universitetinin Üzvü Kimya kafedrasının müdiri olan Abel Məhərrəmovun tutduğu vəzifədən də uzaqlaşdırılması məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı açıqlama verən BDU-nun Mətbuat Xidmətinin rəhbəri Günel İsgəndər bildirib ki, hazırda digər kafedra müdirləri kimi Abel Məhərrəmov da məzuniyyətdədir:
“Bu məsələ ilə bağlı hələ heç bir rəsmi məlumat yoxdur. Mediadan gələn suallarla bağlı BDU rəhbərliyini məlumatlandırmışıq, lakin Abel Məhərrəmovun tutduğu vəzifədən uzaqlaşdırması məsələsinin hələ müzakirə olunub olunmadığını biz də bilmirik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ